Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana təhvil verildi


Ötən ildən axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. 

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. 

DİGƏR XƏBƏRLƏR

Top