Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə bağlı razılıq əldə olundu – Erməni KİV


“Azərbaycan və Ermənistan hökumətləri Moskvada sülh danışıqları aparıb, razılıq əldə olunub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Bildirilir ki, Ermənistan tərəfi əldə olunan razılıqdan olduqca məmnundur:
"Mənbələrimizə görə, Moskvada Azərbaycan tərəfi ilə "sülh müqaviləsi "ətrafında danışıqlar gedir. Bizə dedilər ki, danışıqlar başa çatıb və Ermənistan tərəfi nəticələrdən çox razıdır. Sovet İttifaqı xəritələri çərçivəsində Qarabağın statusunu təyin etmədən, demarkasiya və delimitasiya prosesi başlayıb.  Zəngəzurdan keçən yola gəlincə, tərəflər həmçinin Rusiya və Ermənistanın nəzarətində olacaq tranzit yolla bağlı razılığa gəliblər. Sərhəd keçid məntəqələri quraşdırılacaq və azərbaycanlılar bu yolda 150 milyon dollar yol haqqı ödəyəcəklər. Gorus-Qafan yolu ilə bağlı isə heç bir nəticə əldə olunmayıb. Bu istiqamətdə İranı Ermənistanla birləşdirən alternativ yolun tikintisi başlayacaq. Layihəni Rusiya maliyyələşdirəcək”.
Son olaraq “Hraparak” qəzeti yazır ki, əldə etdikləri məlumatları rəsmi qurumlarla dəqiqləşdirmək istəsələr də mümkün olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top