Əfqanıstanın qadınlardan ibarət futbol komandası Pakistana sığındı


Əfqanıstanın gənclərdən ibarət qadın futbol komandasının oyunçuları Pakistana çatıb.
Yeniavaz.com NTV-yə istinadən xəbər verir ki, bu barədə Pakistan Futbol Federasiyasının yüksək vəzifəli əməkdaşı Umar Ziya açıqlama verib. O, qadın oyunçular, məşqçilər və gənc komandaların ailə üzvləri də daxil olmaqla təxminən 81 nəfərin Pakistana gəldiyini bildirib. İdmançıların ABŞ, Avstraliya və Avropa ölkələrindən də siyasi sığınacaq istəyəcəyi açıqlanıb.
Qeyd edək ki, Pakistan rəsmiləri federasiyanın Lahordakı ofisinə gələn idmançıları qırmızı güllərlə qarşılayıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top