MDU-ya vətənpərvərlik mövzusunda yazılmış kitablar hədiyyə edildi - FOTO


Mingəçevir Dövlət Universitetinin(MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə(TVİM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən vətənpərvərlik və tarixi Zəfər mövzusunda, qəhrəman zabit və əsgərlərimizə həsr olunan 38 kitab və 4 sənədli filmin video diskləri hədiyyə edilib.
Yeniavaz.com xəbər verir ki, hədiyyələr 2021-ci ilin14 sentyabr tarixində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə TVİM-in koordinatoru, MDU-nun şəhid məzunu Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynovanın görüşü zamanı təqdim olunub.
Görüşdə M.Hüseynova universitetdə tələbələrin milli vətənpərvərlik ruhunda yetişdirilməsi və qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi isitqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Hədiyyə edilən kitab və video disklərə görə birliyin sədrinə universitet rəhbərliyinin və özünün təşəkkürünü çatdıran M.Hüseynova belə maarifləndirici vəsaitlərin milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, igid əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi işinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Son dövrdə MDU-da təhsilin məzmununda vətənpərvərliyin önəminin yüksəldilməsi məqsədilə həyata keçirilən çoxşaxəli fəaliyyətdənməmnunluğunu bildirən S.Orucova universitetdə şəhid məzunların əziz xatirəsinin daim uca tutulması, müntəzəm olaraq onların ailələrinin ziyarət edilməsi və qazilərlə görüşlərin keçirilməsini yüksək qiymətləndirib.
Vətəpərvərlik mövzusunda MDU ilə birgə tədbirlərin keçirilməsi imkanlarından bəhs edən S.Orucova gələcəkdə də məkdaşlığın davamlı olması istiqamətində fikirlərini bölüşüb.
Sonra hədiyyə olunan kitabların və sənədli filmlərin qısa təqdimatı keçirilib.
Qeyd edək ki, MDU-da müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsinə xüsusi önəm verilir.  Bu məqsədlə həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək üçün universitetdə TVİM fəaliyyət göstərir.

Esmira Hidayətova, Mingəçevir


 

DİGƏR XƏBƏRLƏR

Top