Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib.
O bildirib ki, Y. Zurufçu qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir:
“Saturasiyası 95-96, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır”.
***10:42
Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunu sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.
O bildirib ki, xarici və yerli həkimlər ötən gecə Y.Zurufçunun durumunu birlikdə izləyiblər: “Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilum edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.
Qeyd edək ki, Y.Zurufçu qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir.