Pəncşirdəki müqavimət qüvvələri taktika dəyişdirdiklərini elan etdi


Pəncşirdəki müqavimət qüvvələri dağalara çəkilərək partizan müharibəsinə başladıqlarını elan edib.
Yeniavaz.com
“Ria Novosti”ya istinadla xəbər verir ki, bu barədə Pəncşir qüvvələrinin sözçüsü Əli Maisam məlumat yayıb.
"Mücahidlər "Taliban"la partizan müharibəsinə başlayırlar. Bunun üçün indi dağlara çəkilmə prosesi başlayıb", - məlumatda qeyd edilib.
Xatırladaq ki, bu gün Pəncşirin tamamilə “Taliban”ın əlinə keçdiyi açıqlanıb. Sosial şəbəkələrdə müqavimət qüvvələrinə aid hökumət binasına “Taliban” bayrağının asıldığı görüntülə yayılıb. Əhməd Məsud isə bütün Əfqanıstana çağırış edərək onlardan dəstək istəyib.

DİGƏR XƏBƏRLƏR

Top