Qəddafinin oğlu Türkiyəyə gəlib


Keçmiş Liviya lideri Müəmmər Qəddafinin kiçik oğlu Saadi Qəddafi şəxsi təhlükəsizliyi səbəbilə Liviyanı tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Bildirilib ki, Saadi Qəddafinin ölkəni tərk etməsinə və Mitiqa Beynəlxalq Hava Limanından Türkiyəyə uçmasına icazə verilib. 
Qeyd edək ki, Saadi Qəddafi 2011-ci ilin payızında öldürülən Liviya liderinin üçüncü oğludur. Qəddafi rejimi devrildikdən sonra Nigerə qaçmışdı. Lakin 2014-cü ildə bu dövlətin rəsmiləri tərəfindən Liviyaya təhvil verilmişdi. Bir neçə il Tripolidə həbsxanada qaldıqdan sonra bu ilin iyun ayında azadlığa buraxılmışdı. Peşəkar futbolçu olan Saadi 2005-ci ildə milli çempionatda oynayan “Əl-İttihad” futbol komandasının məşqçisini öldürməkdə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top