"Qallenvagen"li tiktoker oğrular saxlanıldı - VİDEO


Cəlilabadda oğurladıqları pullarla “TikTok” videosu çəkən şəxslər saxlanılıb.

Yeniavaz.com APA TV-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan daxil olan məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qarazəncir kəndindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Mətləb Verdiyev və Samir Xəlilov saxlanılıb.

Məlum olub ki, onlar sahibinin evdə olmadığı vaxtda içəri keçərək 4500 manat pul oğurlayıb.

Daha sonra oğurladıqları pulla kirayə götürdükləri bahalı avtomobilə minib sosial şəbəkələrdə videolar paylaşan həmin şəxslər qısa zamanda polis əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan araşdırmalarla M.Verdiyevin bundan başqa bir yaşayış evi və bir mağazadan ümumilikdə 620 manat nağd pul və bir yardımçı tikilidən isə 500 manat dəyərində təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top