Hindistanın şimalındakı Uttar Pradeş əyalətində naməlum virus səbəbilə 1-8-ci siniflərin 6 sentyabr tarixinə qədər bütün dərsləri ləğv edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb. Naməlum virusun yüksək qızdırmaya səbəb olduğu, 50-dən çox insanın öldüyü, onlardan ən az 32-nin uşaq olduğu bildirilib.
Xəstəlik yüksək hərarət, trombosit sayının kəskin azalması və ağır dehidratasiya (orqanizmə lazım olan qədər mayenin qalmaması) ilə xarakterizə olunur. Əyalətin Baş naziri Yogi Adityanat xəstələrin qan nümunələrinin müayinəyə göndərildiyini bildirib:
"Bu xəstəliyi araşdıracağıq və dərhal tədbir görüləcək. Xüsusi qruplar hazırlanıb. Səlahiyyətlilərdən xəstələri xəstəxanalara tez bir zamanda çatdırmaq üçün təcili yardım maşınları göndərmələri istənilib".