Yaponiya daha bir peyvənddən istifadəni dayandırdı


Yaponiya hökuməti koronavirusa qarşı hazırlanan “Moderna” peyvəndindən istifadəni dayandırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Bildirilib ki, peynəddən istifadənin dayandırılmasına səbəb, tərkibində naməlum çirklənmənin tapılması olub. Çirklənmənin hissəcik ölçüsünün bir neçə millimetr olduğu qeyd edilir. ABŞ-a aid həmin peyvəndlərin İspaniyada istehsal olunduğu bildirilib. Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi əllərində hazırda təxminən 1,63 milyon “Moderna” peyvəndinin olduğunu vurğulayıb.
Xatırladaq ki, Yaponiya bundan əvvəl “AstraZeneca” peyvəndinin istehsalını dayandırmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top