ABŞ kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı hesabatı Baydenə təqdim etdi


ABŞ-ın kəşfiyyat xidmətləri birgə hazırladıqları koronavirusun mənşəyi ilə bağlı hesabatı prezident Co Baydenə təqdim ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Hesabatda koronavirusla bağlı çox sayda məlumat yer alsa da virusun mənşəyi ilə bağlı qəti bir nəticə yoxdur. ABŞ xüsusi xidmət orqanlarının bir neçə gün ərzində sənədin məxfilikdən çıxarılmış versiyasını nəşr üçün hazırlayacaqları bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top