12 Belarus hərbçisi Litva ərazisinə daxil oldu


Avropada vəziyyət gərginləşir,Belarus qoşunlarının 12 hərbçisi Litva ərazisinə girib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, dünən gecə Litva sərhəd keçid məntəqəsindəki əsgərlər xüsusi zirehli və silahlı 12 Belarus əsgərinin ölkəyə qanunsuz daxil olduğunu açıqladılar.
Rəsmilər həmçinin Belarus əsgərlərinin 35 iraqlı qaçqını özləri ilə sərhədin Litva ərazisinə gətirdiklərini deyib.
Qeyd edək ki, Avropa İttifaqının üzvü olan Litva bu yaxınlarda Belarusun Minskdən İraqlı qaçqınları ölkəyə təyyarə ilə göndərdiyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top