Avropa İttifaqı "Taliban"ın müharibədə qalib gəldiyini qəbul edib


Avropa İttifaqı "Taliban" hərəkatının müharibədə qalib gəldiyini qəbul edir, humanitar və miqrasiya böhranlarının qarşısını almaq üçün Əfqanıstanın yeni hakimiyyəti ilə dialoqa başlamağı zəruri hesab edir.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel deyib.

"Taliban" müharibəni qazandı, buna görə də miqrasiya və humanitar böhranların qarşısını almaq üçün Kabildəki yeni hakimiyyətlə danışmalıyıq".

Onun sözlərinə görə, Aİ Əfqanıstandan qaçqın axını ilə üzləşən bölgə ölkələrini dəstəkləyəcək. Həmçinin Avropa İttifaqı heç bir şərt olmadan Əfqanıstana humanitar yardım göstərməyə hazırdır.//Trend

DİGƏR XƏBƏRLƏR

Top