“Patı” satarkən yaxalansa da, hadisə yerindən qaçan keçmiş polis saxlanıldı - FOTO


Quba rayonunda külli miqdarda “patı” satarkən yaxalanan, ancaq hadisə yerindən qaçan keçmiş polis əməkdaşı saxlanılıb.
Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyatla evində tutulub.
Qeyd edək ki, bir müddət əvvəl o və və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib.
Əməliyyat zamanı digər şəxslər saxlanılsa da, Rauf Abbasov polis əməkdaşlarına qarşı müqavimət göstərərək hadisə yerindən qaçıb.
Rauf Abbasov Qusar Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı olub. O, xidmətdə olduğu zaman narkotik istifadə etdiyi üçün xidmətdən xaric edilib.

DİGƏR XƏBƏRLƏR

Top