Bu gün minaya düşən şəxsin görüntüləri - VİDEO + YENİLƏNİB


Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.
Yeniavaz.com APA TV-yə istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı 1990-cı il təvəllüdlü Fərid Əliyev minaya düşərək xəsarət alıb. Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı Fərid Əliyev göz və əl nahiyəsindən qəlpə yarası alıb. Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 

***10:05
Avqustun 6-sı saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


***09:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.

Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top