Türkmənistan prezidenti döyüş təyyarəsini sınaqdan keçirdi - VİDEO


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Hərbi Hava Qüvvələrinin "Leonardo M-346FA" döyüş-təlim təyyarəsilə uçuş edib.
Yeniavaz.com
Türkmənistan mətbuatına istinadən xəbər verir ki, o, Aşqabad yaxınlığındakı hava bazasına səfəri zamanı döyüş təyyarəsini sınaqdan keçirib.
Xəbərdə deyilir ki, aerodromda "Embraer EMB-314 (A-29B) Super Tucano" tipli döyüş təyyarəsi və iki "Leonardo C-27NG" hərbi nəqliyyat təyyarəsi də olub.
2019-cu ildə Türkmənistan və İtaliya arasında altı "M-346" və iki "C-27NG" təyyarəsi alması ilə bağlı müqavilə imzalanıb. 2021-ci ilin iyun ayında ölkəyə Türkmənistan Hərbi Hava Qüvvələri üçün Braziliyanın "Embaraer S.D" şirkəti tərəfindən istehsal olunmuş iki "Embraer EMB-314E (A-29) Super Tucano" döyüş təyyarələri gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top