Bakı metrosuna yeni qatarlar buraxılır


Bu gündən “Bakı Metropoliteni” QSC xəttə 4 yeni qatar buraxır.

Yeniavaz.com xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qatarlar Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edəcək.

Bakı metrosu yeni qatarları ötən ay Rusiyadan gətirib. Bununla da metronun parkında olan yeni qatarların sayı 19-a çatıb.

DİGƏR XƏBƏRLƏR

Top