Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - YENİLƏNİB


Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib. //Report

***11:08
Milli Məclisin növbədənkənar iclası başlayıb.

Yeniavaz.com xəbər verir ki, iclasda deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında layihə müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib. Milli Məclisin İntizam komissiyası deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.

***09:40
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, iclasın gündəliyində “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ var.
Qeyd edək ki, iyulun 31-də Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
Parlamentin İntizam komissiyası 2 avqust tarixli iclasında təqdimata baxaraq Milli Məclisin deputatının Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

DİGƏR XƏBƏRLƏR

Top