BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb - DİN-dən AÇIQLAMA + YENİLƏNİB


Daxili İşlər Nazirliyi (DİN) BDU-da baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, BDU əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

***13:57
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Yeniavaz.com Unikal.org-a istinadən məlumatına görə, hadisə Bakı Dövlət Universitetində baş verib. 
Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.

DİGƏR XƏBƏRLƏR

Top