Qarabağda 19 yaşlı erməni əsgər intihar edib - YENİLƏNİB


Qarabağda ölümcül güllə yarası alan 19 yaşlı əsgər Sarkis Zirayroviç Qriqoryanın intihar etdiyi deyilir.
Yeniavaz.com
“Sputnik Armenia” istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat verib. Xəbərdə deyilir ki, hərbçinin səhlənkarlıqla intihar etməsi faktı ilə bağlı cinayət işi başladılıb. O, döş qəfəsinin sol nahiyəsindən yara alaraq, dünyasını dəyişib.
Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə əsasən cinayət işi başladılıb.
Qeyd edək ki, 19 yaşlı erməni əsgəri örən gün gecə 22:00-da Qarabağda hərbi hissələrdən birində ölü tapılmışdı.

***10:06
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində ötən gecə saat 22 radələrində 19 yaşlı Sarkis Zirayroviç Qriqoryan adlı erməni hərbi qulluqçusu güllə yarası alıb və ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Əsgərin hansı şəraitdə ölməsi məlum deyil. Faktla bağlı araşdırma başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top