Zakir Həsənov Türkiyə müdafiə naziri və Baş Qərargah rəisinə başsağlığı verdi


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, başsağlığında deyilir:

“Fərat Qalxanı” antiterror əməliyyatının aparıldığı bölgədə qardaş Türkiyə Silahlı Qüvvələrinə qarşı edilmiş xain terror hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olanlara uca Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin”.

DİGƏR XƏBƏRLƏR

Top