Xidmət rəisi Haftonidə ekoaktivistlərin suallarını cavablandırıb


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Lənkəranda, Haftoni meşəsində ekoaktivistlərlə görüşüb, onların suallarını cavablandırıb.

ETSN-dən verilən məlumata görə, son günlər Haftoni ərazisindəki meşə sahəsində ağacların kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirən xidmət rəsmisi bildirib:

"Bu ərazidə şirkət tərəfindən müqavilə şərtləri pozulub, bu işdə günahı olanlar barəsində tədbirlər görülür".
Qeyd edək ki, aktivistlərin xidmət rəisi ilə Lənkəranda görüşü sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb. 

Ekspertlərin fikrinə görə, qanunvericiliyə uyğun olaraq meşə fondu torpaqlarının icarəyə verilməsi müvafiq biznes planlar əsasında aparılır və Meşə fondu torpaqlarında meşə bağların salınması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müvafiq təlimatlarına uyğundur.  Beynəlxalq ekoloji təşkilatlar tərəfindən də dəstəklənir.

Xatırladaq ki, Beta” şirkətinin Lənkəranda meşə zolağında qanunsuz olaraq ağacları kəsməsi etirazla qarşılanıb.

Ekologiya və Təbii Sərvələr Nazirliyi yoxlamanın ilkin nəticəsini açıqlayaraq şirkətin müqavilədən kənara çıxdığını bildirib və cərimələrin tətbiq ediləcəyini qeyd edib. / Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top