Yevlaxda ağır qəza: Ölən və xəsarət alanlar var - FOTOLAR + YENİLƏNİB


Yevlax rayonunun Əkşəm kəndində "Lada Priora" markalı minik avtomobilinin kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Nuru Kərimov ölüb.
Yeniavaz.com
xəbər verir ki, qəzada yaralanan 1995-ci il təvəllüdlü Fərhad Mustafayev, 1995-ci il təvəllüdlü Ərşad Quliyev və 1975-ci il təvəllüdlü Cəvahir Həsənova və daha bir nəfər Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.



Esmira Hidayətova, Yevlax

***19:38
Yevlaxda ağır yol qəzası olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. “Lada Priora” markalı minik avtomobili kiçik yük tutumlu “QAZel” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində iki nəfər - Elxan Quliyev və Nuru Kərimov ölüb. Biri qadın olmaqla 3 nəfər ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top