"Bakı Zooparkı" heyvanlar üçün əti neçəyə alır? – QİYMƏT


Bakı şəhər Heyvanat Parkı ("Bakı Zooparkı") tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Səhliyalı” Kiçik Müəssisəsi olub.
"Bakı Zooparkı" “Səhliyalı” şirkətindən heyvanların yemlənməsi üçün lazım olan 3-cü növ qida rasionuna uyğun yemləri satın alacaq. Alınacaq yemlərin qarşılığında “Səhliyalı” şirkətinə 299 min 520 manat ödəniləcək.  
“Səhliyalı” şirkəti "Bakı Zooparkı"ndan aldığı 299,5 min manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:
  Məhsulun adı Miqdarı
1 Ət və ət məhsulları (mal əti, mal içalatı) 43 800 kg
2 Toyuq (dondurulmuş toyuq) 1 250 kg
3 Ürək (mal ürəyi) 312 kg

Açıqlanan məlumatlardan da göründüyü kimi, "Bakı Zooparkı" ümumilikdə 45 min 362 kiloqram mal və toyuq əti, həmçinin onların içalatını satın alacaq. Alınacaq yemlərin 1  kiloqramının orta qiyməti 6,6 manat olacaq.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top