"Copa America"nın finalında Argentina və Braziliya qarşılaşacaq


Argentina millisi "Copa America"nın (Amerika Kuboku) yarımfinalında Kolumbiyanı penalti seriyasında məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında argentinalılar rəqiblərini üstələyiblər – 3:2.
11 iyulda keçiriləcək final qarşılaşmasında argentinalılar Perunu 1:0 məğlub edən braziliyalılarla oynayacaq. Bundan bir gün əvvəl isə Peru və Kolumbiya yığmaları üçüncü yer uğrunda qarşılaşacaqlar.
Qeyd edək ki, turnir Braziliyada keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top