100-ə yaxın əfqan hərbçisi “Taliban”dan qaçaraq Tacikistana sığınıb


Ötən gün “Taliban” Əfqanıstanın Bədəxşan vilayətinin Hohon bölgəsini ələ keçirdikdən sonra 100-ə yaxın əfqan hərbçisi buradan qaçaraq, Tacikistana sığınıb.
Yeniavaz.com
“ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Tacikistan sərhəd xidməti məlumat verib. Hohon silahlı qruplaşma tərəfindən ötən gün döyüşsüz ələ keçirilib. Bundan sonra 94 hərbçi şəxsi heyəti qorumaq məqsədilə qonşu ölkənin ərazisinə daxil olub.
Qeyd edək ki, “Taliban” Hohon sərhəd komendantlığını ələ keçirən zaman da 300-dən çox əfqan hərbçi Tacikistan dövlət sərhədini keçmişdi. Onların humanizm və dostluq meyarları əsas tutularaq sərhəddən keçmələrinə izin verildiyi qeyd edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top