
Azərbaycan Polisi Günü münasibətilə Mingəçevirdə tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, Mingəçevi Şəhər Polis Şöbəsinin əməkdaşları ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Daha sonra şəhidlər xiyabanını ziyarət ediblər.
Mingəçevir şəhər Polis şöbəsinin rəisi Hikmət Qasımov peşə bayramı münasibəti ilə əməkdaşları təbrik edib, Azərbaycan polisinin, o cümlədən, Mingəçevir Polis Şöbəsinin əməkdaşlarının keçdikləri şərəfli yoldan danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin Azərbaycan Polisi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
Rəis daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriklərini çatdırıb.
Bayram tədbirinə dəvət alan polis veteranları da çıxış edərək, gənc polis əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına mükafatlar təqdim olunub. Eləcə də, veteran polislərə hədiyyələr təqdim olunub.




Esmira Hidayətova, Mingəçevir