Mingəçevirdə vaksinasiya işləri uğurla aparılır – FOTOLAR


Mingəçevir  şəhərində vaksinasiya işləri uğurla aparılır.

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına qarşı ölkəmizdə vaksinləşmə prosesi uğurla davam edir.
Prosesə qoşulanların sayı günbəgün artır və hər gün demək olar ki, 800-ə yaxın şəhər əhalisinə peyvənd vurulur. Məqsəd hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır. Peyvəndlənmə ilə bağlı Yeniavaz.com-a məlumat verən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarətin idarə olunmasının rəhbəri Səadət Səmədova bildirdi ki, yanvar ayından dünənə qədər Mingəçevirdə 44 min 571 vətəndaşa vaksin vurulub: "Bu işlər hazırda uğurla davam edir. Vətəndaşlar könüllü olaraq peyvənd olunur. Hətta  bu gün 88 yaşlı şəhər sakini Məmmədov Tofik İslam oğlu özü könüllü olaraq peyvənd olundu.   Onun səhhətində heç bir problem yaşanmadı. Hazırda şəhərdə 3 vaksin məntəqəmiz var, ancaq əhali sıxlığının qarşısının alınması məqsədi ilə səyyari vaksin xidməti də yaradılıb. Bu şəhərin müxtəlif yerlərində əhaliyə xidmət göstərir. Onu da deyim ki, gündəlik olaraq şəhər üzrə ortalama 800 vaksin vurulur. Bu gəlişlərin də sayı getdikcə artır. Artıq insanlarımız vaksinin önəmliliyini və xəstəlikdən qorunmağın yeganə yolunu daha yaxşı anlayaraq vaksin məntəqələrimizə üz tuturlar. Bizim də ümdə vəzifəmiz əhalinin xidmətində durmaqdır. Mingəçevir şəhərində hazırda vətəndaşlara "Sinovac" vaksini vurulur, eyni zamanda 65 yaşdan yuxarı vətəndaşlara öz istəyi ilə "AstraZeneca" vaksini vurulur”.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top