
Keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox təbii qaz ehtiyatlarına sahib olan 5 ölkə var.
Yeniavaz.com Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) tərəfindən açıqlanan sonuncu hesabata istinadən bildirir ki, ən böyük qaz ehtiyatına Rusiya sahibdir. Rusiyanın təxmin edilən ümumi qaz ehtiyatları 50,5 trilyon kub metr təşkil edir.
İkinci sırda 9,8 trilyon kub metr qaz ehtiyatı ilə Türkmənistan yer alır. Sonrakı yerlərdə Qazaxıstan (1,9 trilyon kub metr), Özbəkistan (1,5 trilyon kub metr) və Azərbaycan (1,3 trilyon kub metr) qərarlaşıb. Digər keşmiş SSRİ ölkələrində təbii qaz ehtiyatı ya mövcud deyil, ya da aşağı səviyyədədir.
1 trilyon kub metrdən çox təbii qaz ehtiyatlarına sahib olan keçmiş SSRİ ölkələrdə əhaliyə satılan 1 kub metr təbii qazın tarifləri aşağıdakı kimidir:
Ölkələr | 1 kub metr təbii qazın qiyməti (milli valyutalarda) | 1 kub metr təbii qazın qiyməti (Azərbaycan manatı ilə) |
Türkmənistan | 0,02 Türkmənistan manatı | 1 qəpik |
Özbəkistan | 246 som | 4 qəpik |
Qazaxıstan | 14,6 tengə | 10 qəpik |
Rusiya | 5,7 rubl | 13 qəpik |
A. Cəfərov