Türkiyədə işıq və təbii qazın qiyməti qaldırıldı


Türkiyədə əhaliyə verilən təbii qazın qiyməti 12 faiz, qeyri-əhaliyə verilən təbii qazın qiyməti 20 faiz, elektrik enerjisi istehsal edən stansiyalara verilən təbii qazın qiyməti 20,2 faiz artırılıb.  
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Boru Kəməri Neft Daşımaları Səhmdar Cəmiyyəti (BOTAŞ) məlumat verib.
Belə ki, BOTAŞ-ın mənzil istehlakçıları üçün qaz paylama şirkətləri 1000 kubmetr təbii qaz üçün 1,488 lirə, qeyri-əhali 1,783 lirə ödəniş edəcək. Elektrik enerjisi istehsal edən stansiyalarının tarifində 1000 kubmetr təbii qaz üçün tətbiq olunan qiymət 2060 lirə məbləğində müəyyənləşdirilib.
Qeyd edək ki, Türkiyədə bu gündən etibarən elektrik enerjisinin də qiyməti 15 faiz qaldırılıb. Bu gündən etbarən Türkiyədə əhali 100 kilovat-saat elektrik enerjisi üçün vergi və maliyyə ödənişləri də daxil olmaqla 91,56 türk lirəsi məbləğində ödəniş edəcək.

DİGƏR XƏBƏRLƏR

Top