Ağadadaş Ağayev xərçəngə qalib gəldi


Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən və Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayevin səhhəti qaydasına düşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, üç dəfə əməliyyat olunan ifaçı xəstəliyə qalib gəlib və bu gün Azərbaycana qayıdır.

Qeyd edək ki, A. Ağayev bu ilin aprelində müalicə üçün Türkiyəyə getmişdi.

DİGƏR XƏBƏRLƏR

Top