
Qara dənizdə 32 ölkədən minlərlə hərbçinin qatıldığı "Sea Breeze 2021" hərbi təlimləri Moskvanın reaksiyalarına baxmayaraq başlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın kəskin reaksiyasına səbəb olan "Sea Breeze 2021" təlimləri ABŞ-ın liderliyi altında bir çox NATO ölkəsi və Ukraynanın iştirakı ilə Qara dənizdə başlayıb. Bu təlim 1997-ci ildən bəri keçirilən ən böyük təlimdir.
Türkiyə də daxil olmaqla 32 ölkədən 5 min hərbçinin, 32 gəmi və 40 təyyarənin iştirakı ilə keçirilən təlimin iki həftə davam edəcəyi açıqlanıb.
Qeyd edək ki, Rusiya, öz suveren ərazisinin yaxınlığında keçirilən təlimi təxribat kimi qiymətləndirib və Vaşinqtonu bundan imtina etməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bu təlimin əsas məqsədinin Ukraynaya silah və hərbi texnika gətirmək olduğu iddia edilib.
Bəsti Məmməd