İyunun 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi arasında görüş keçirilib.
Görüşdə Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlərin qaytıması məsələsi müzakirə olunub.
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatına müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağ və ona bitişik rayonlara qayıtması məsələsinə baxılıb", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.//apa