Lerik rayon sakini polisin yaxınları tərəfindən döyülüb? - DİN-dən AÇIQLAMA


Lerik rayon sakini polis əməkdaşlarının yaxınları tərəfindən döyüldüyün iddia edib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev, Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Nuriyevin müraciəti əsasında Lerik Rayon Polis Şöbəsinin təhqiqat qrupunda faktla bağlı toplanmış ilkin təhqiqat materialının araşdırmanın davam etdirilməsi üçün aidiyyatı üzrə şöbənin istintaq qrupuna göndərildiyini bildirib:
“Təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Q.Nuriyevin xəsarəti sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətdir. Hazırda Lerik RPŞ-nin istintaq qrupunda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
“Onu da bildiririk ki, Q.Nuriyevin onu döyən şəxsin Lerik RPŞ-nin əməkdaşı Teymur Nuriyevin qohumu olması iddiası tamamilə yalandır. Əlavə olaraq bildiririk ki, polis əməkdaşı T.Nuriyevin qardaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub”, - deyə DİN rəsmisi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top