"ASAN Xidmət" işçilərinin geydiyi paltarlar bu qiymətə alınır – RƏSMİ


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (“ASAN Xidmət”) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi "İntellekt M.A” MMC (VÖEN- 1401556011) şirkəti olub.
Müsabiqənin şərtinə görə “ASAN xidmət” “İntellekt M.A” MMC-dən ümumi dəyəri 258 min 951 manat olan 1050 dəst kişi kostyumu (pencək və şalvar), 1350 dəst qadın kostyumu (pencək, jilet, ətək və şalvar) satacaq. Rəqəmlərdən də göründüyü kimi “ASAN xidmət”in satın aldığı bir ədəd kostymumun orta qiyməti 108 manat təşkil edib.
Onu da qeyd edək ki, 10 gün əvvəl “ASAN xidmət” “İntellekt M.A” MMC-dən ümumi dəyəri 208 min 860 manat olan 2100 ədəd kişi yay köynəyi (qısaqol), 2100 ədəd qadın yay köynəyi (qısaqol) satıb. Rəqəmlərdən də göründüyü kimi “ASAN xidmət”in satın aldığı bir ədəd qısaqol köynəyin orta qiyməti 50 manat təşkil edib.
Məlumat üçün qeyd edək ki, “İntellekt M.A” MMC 15.04.2009-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sülh, ev 2/20, m. 27” olaraq göstərilir. Qanuni təmsilçisi isə Abdullayev Sadiq Müşviq oğludur.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top