Bakının Xətai rayonunun Babək prospektində (Babək plazanın qarşısında) ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ilə əlaqədar prospektdə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
