Yasamalda hündürmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var YENİLƏNİB


 

Bakının Yasamal rayonunda yerləşən hündürmərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alanlar olub.

Yanğın zamanı 4 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının baş verdiyi 18 mərtəbəli binanın yuxarı mərtəbələrindən 22 nəfəri təxliyə edib. Ərazidə xilasetmə işləri başa çatıb.

Yanğın əsasən binanın 10-cu mərtəbəsində yerləşən birotaqlı, 77 kv/m sahəli mənzili əhatə edib. Bundan başqa, 11-ci mərtəbədə yerləşən digər mənzilin eyvanı və pəncərələri qarsalanıb.

Qeyd edək ki, yanğın artıq söndürülüb.


00.10
Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 29 ünvanında çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzildə yanğın olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top