Bakıda sürücünün döyülərək öldürülməsinin təfərrüatları – YENİLƏNİB


Bakının Nərimanov rayonunda baş vermiş qətl hadisəsinin bəzi təffərüatları məlum olub.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.

Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.


***24 iyun, saat 21:07

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

 

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.
45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. "Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.



DİGƏR XƏBƏRLƏR

Top