Yüklə dolu "MAN" aşdı – yanacaq çəni deşildi – VİDEO


Yüklə dolu “MAN” markalı avtomobil Goranboyda qəza törədib.

Yeniavaz.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının rayonun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıya doğru hərəkətdə olan yük maşınının sürücüsü anidən yuxuluyaraq idarə etməni itirib. Bu zaman yük avtomobili elektrik dirəyi, yol nişanını qopararaq "VAZ 2107" markalı minik maşının hərəkət etdiyi köməkçi yola aşıb. Minik maşının sürücüsü sayıqlıq göstərərk, cəld avtomobili kənara çəkərək özünü və sərnişinlərini ölümdən qurtarıb. Hadisə zamanı “VAZ"ın sürücüsü, sərnişinləri xəsarət almasa da avtomobilə ziyan dəyib. Qəza zamanı yük avtomobilinin yanacaq çəni də deşilib. Yanacaq ətarafa dağıldığından təhlükəli vəziyyət yaranıb. Dərhal qəza baş verən əraziyə yanğınsöndürənlər çağrılıb. Baş verə biləcək təhlükə sovuşub. Hadisənin baş vermə səbəbləri araşdırılır. 
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top