Bu vətəndaşlara 190 manat veriləcək


Dünya Bankı COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana maddi yardım edəcək.
Yeniavaz.com xəbər verir ki, maddi yardım “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi” çərçivəsində ayrılır.
Bildirilir ki, layihədən yararlanmaq istəyənlər internet vasitəsilə müraciət edəcək. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri vasitəsilə müraciətlər araşdırılacaq. Tələblərə uyğun gələn 47 000 ailəyə üç ay müddətində 225 manat (təqribən 132 dollar) aylıq müavinət veriləcək.
Digər bir layihədə isə 170 000 işsiz vətəndaşa 190 manat (təxminən 111 dollar) birdəfəlik nağd ödəmə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top