Paşinyanın partiyası seçkilərdə 53,9 %-lə qalib oldu – YENİLƏNİB


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.

Bu barədə Mərkəzi Seçki Komisisyasının (MSK) məlumatında bildirilir. Qeyd edilir ki, Paşinyanın hökuməti formalaşdırması üçün 0,08 səsi çatmayıb.

***08:00

Ermənistanda bu gün yerli vaxtla saat 07:00-a olan məlumata əsasən Mərkəzi Seçki Komisisyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 945-nin nəticələridir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

MSK-nın məlumatına görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 54,21 % (661 736 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,89 %-i (255 034 nəfər) səs verib.

Seçicilərin 64 131 nəfəri, yaxud 5,25 %-i “Şərəf duyuram” blokuna, 48 645 nəfəri və ya 3,99 %-i “Çiçəklənən Ermənistanı dəstəkləyib.

Ermənistanda növbədənkənar parlament seçkiləri ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb. Ölkə müxalifəti seçkilərin nəticələri ilə razılaşmadığını bildirib.

Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.


***20 iyun, saat 23:41
Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub.

Bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Rəsmi məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.

Qeyd edək ki, seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib.//report

DİGƏR XƏBƏRLƏR

Top