Diyarbəkirdə AKP binasına hücum olub


Türkiyənin Diyarbəkir şəhərinin Hani rayonunda naməlum şəxs Ədalət və İnkişaf Partiyasının (AKP) binasına molotof kokteyillə hücum edib.
Yeniavaz.com
“Hürriyyet”ə istinadən xəbər verir ki, həmin anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Hadisə Türkiyə vaxtı ilə 20:55-də qeydə alınıb. Hücum vaxtı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları insidenti törədən şəxsi və ona kömək edən daha bir nəfəri saxlayıb.
Hazırda həmin şəxslərlə sorğu aparılır. 
Qeyd edək ki, hadisə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, ədliyyə naziri Abdulhamit Gül və AKP nümayəndələri tərəfindən qınanılıb. 

DİGƏR XƏBƏRLƏR

Top