Pakistan Əfqanıstanda keçirilən əməliyyatlar üçün ABŞ-a hərbi qüvvə verməyəcək


Pakistan ABŞ hərbçilərinin Əfqanıstandan çəkilməsindən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) bu ölkədəki əməliyyatları üçün hərbi qüvvə baxımından yardım etməyəcəyini bildirib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistanın baş naziri İmran Xan məlumat verib. 
Xan müsahibəsində əvvəllər Pakistan vasitəsilə Əfqanıstan torpaqlarına müdaxiləni yanlış hesab edib.
Eyni zamanda bildirib ki, onun vəzifəyə gəlməsindən sonra ABŞ tərəfindən Əfqanıstana qarşı hər hansı bir hava hücumu həyata keçirilməyib. 
Qeyd edək ki, CIA rəhbərliyi may ayında eyni məsələ ilə bağlı Pakistana səfər etsə də, onlardan rədd cavabı alıb.

DİGƏR XƏBƏRLƏR

Top