Kolumbiyada hərbi hissədə partlayış – 36 yaralı


Kolumbiyanın Kukuta şəhərində yerləşən hərbi bazada bomba yüklü avtomobilin partlaması nəticəsində təxminən 36 hərbçi yaralanıb.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın müdafiə naziri Dieqo Malona məlumat yayıb. Yaralılardan 29-u xəstəxanalara yerləşdirilib. 
Xəbərdə deyilir ki, ağ “Toyota” markalı avtomobildə olan iki nəfər özünü məmur kimi təqdim edərək hərbi hissəyə daxil olub. Bundan sonra partlayış baş verib. 
Qeyd edək ki, məsələnin araşdırılması ilə bağlı Kolumbiya prezidenti İvan Duke təlimat verib.

DİGƏR XƏBƏRLƏR

Top