Qaxda 17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşub, ölən və yaralılar var - VİDEO


Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini 2004-cü il təvəllüdlü Cəfər Şamil oğlu Cəfərovun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza nəticəsində ağır xəsarətlə xəstəxanaya aparılarkən C.Cəfərov yolda vəfat edib. “Daewoo” markalı minik avtomobilini idarə edən C.Cəfərov bu il orta məktəbi qutaran məzundu. Qəza zamanı onun idarə etdiyi avtomobildə yaralanan digər iki nəfər də məzunlardı. Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


apa

 

DİGƏR XƏBƏRLƏR

Top