Azərbaycanda yeni nazir müavini təyin edildi – SƏRƏNCAM

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb.

***20:51
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyində yeni təyinat olub. 

Rüstəmov Rövşən Mürvət oğlu Nəqliyyat, Rabitə və Yüksək Texnologiya nazirinin müavini vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, R.Rüstəmov bu təyinata qədər “Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb. / Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top