ABŞ ilk dəfə qadın kosmonavtı Aya göndərməyə hazırlaşır


Göyərtəsində ilk dəfə qadın olan kosmonavtları Aya aparacaq nəhəng “Artemis-1” raketinin hissələri birləşdirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) məlumat yayıb. 65 metr uzunluğunda olan nəhəng raket 54 metrlik iki kiçik raketin ortasına yerləşdirilib.
Raketin ilk test uçuşu 2022-ci ildə olacaq. Növbəti ildə təşkil olunacaq sınaq uçuşunda “Artemis-2”nin göyərtəsində kosmonavtlar yer almayacaq. “Artemis-3” kosmonavtları 2023-cü ildə Aya aparacaq. Bundan sonra isə bu uçuşlar hər il təkrarlanacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top