Suriyada Əsəd rejiminin İdlibə hücumları nəticəsində 20 nəfər öldü


Suriyada Bəşər Əsəd rejimi və onun tərəfdarlarının hücumu nəticəsində İdlib vilayətində son bir həftədə 20 mülki şəxs ölüb.
Yeniavaz.com
"AA"ya istinadla xəbər verir ki, bu barədə Bəşər Əsədə qarşı vuruşan müxalifət qüvvələri tərəfindən məlumat verilib. Bildirilib ki, Əsəd rejiminin son bir həftə ərzində etdiyi hücumlar nəticəsində 5-i uşaq, 6-sı qadın olmaqla 20 nəfər həyatını itirib, 36 nəfər yaralanıb. 1867 nəfər isə yaşayış yerini tərk etməyə məcbur edilib.

DİGƏR XƏBƏRLƏR

Top