Bayden Putinlə görüş anını 50 ildir gözləyir – Ağ Ev


Ağ Evin sözçüsü Yen Psaki ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putinin baş tutacaq görüşü barədə açıqlama verib. 
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Psaki jurnalistlərin “Bayden-Putin görüşündən nə gözlənilir” sualına cavab verib. O bildirib ki, hər iki liderin Cenevrə görüşü dostluq və güvəndən daha çox ortaq dil tapmağa hədəflənib: "Bayden görüşə tam hazırdır. 50 ildir bu anı gözləyir. Bayden daha əvvəl də Putinlə müxtəlif sahələrdə çalışıb. Təcrübəsi çoxdur". 
Qeyd edək ki, Bayden-Putin görüşü 16 iyundə İsveçrədə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top