Nazir “Son zəng”i Tap Qaraqoyunluda izlədi – FOTOLAR


Təhsil naziri Emin Əmrullayev bu gün Goranboy rayonunda "Son zəng" tədbirində iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazir özü məlumat paylaşıb.
"Bu gün “Son zəng”i Goranboy rayonu Tap Qaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu məzun yetişdirən bu məktəbi daha 21 şagird bitirir. Məzunlarımız “Son zəng”i Qələbə sevinci ilə yola salırlar", nazir qeyd edib.





DİGƏR XƏBƏRLƏR

Top